KTMT sülhməramlıları bu tarixdə Qazaxıstandan çıxarılacaq


KTMT-nin sülhməramlı kontingenti yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas "Belarus-1" telekanalının efirində deyib .
"Demək olar ki, bir həftə ərzində bütün bölmələr, bütün şəxsi heyət daimi dislokasiya məntəqələrinə çıxarılacaq. Və əgər hava şəraiti müdaxilə etməsə, o zaman Rusiya Müdafiə Nazirliyinin planına əsasən, hər kəsin daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır”- deyə KTMT-nin baş katibi bildirib.
O vurğulayıb ki, sülhməramlı qüvvələrin bütün kontingenti Qazaxıstan ərazisindən çıxarılacaq. 
 

DİGƏR XƏBƏRLƏR

Top