Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək festivalla bağlı paylaşım etdi


26-29 may tarixlərində Azərbaycanda “Texnofest” festivalı keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu səbəbləTürkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar tvitterdə paylaşım edib.
“Bir millət, iki dövlət və birlikdə daha güclü bir gələcək üçün tək festival - Azərbaycanın ən böyük texnologiya müsabiqəsinə gec olmadan sən də qoşul”, - Selçuk Bayraktar qeyd edib.
Qeyd edilib ki, müsabiqəyə son müraciət tarixi fevralın 17-dir. Yarışlar beynəlxalq iştirakçılara da açıq olacaq. Yarışlarla bağlı ətraflı məlumatı www.teknofest-az saytından əldə etmək mümkün olacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top