Nazir İctimai Təhlükəsizlik Bölməsinə yeni rəis təyin etdi


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Hüseynov Musa Yusif oğlu Şəmkir Rayon Polis Şöbəsinin tədqiqat bölməsinin baş təhqiqatçı vəzifəsindən azad edilib.

Nazirin əmri ilə o, həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub. 

Qeyd edək ki, bir müddət əvvəl Şəmkir RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov işində yol verdiyi nöqsanlara görə işdən çıxarılaraq Bərdə Rayon Polis Şöbəsində sahə müvəkkili təyin olunub.

DİGƏR XƏBƏRLƏR

Top