Qazaxıstanda daha bir yüksək vəzifəli şəxs saxlanıldı


Qazaxıstanın keçmiş energetika nazirinin müavini Jumabay Karaqaev saxlanılıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyinin mətbuat xidməti məlumat verib.
“Maliyyə Monitorinqi Agentliyinin Manqistau vilayəti üzrə ərazi şöbəsinin istintaq qrupu Qazaxıstan Respublikasının keçmiş energetika nazirinin müavini Jumabay Karaqaevi, elektron ticarət platformalarının rəhbərlərini və maye neftin qiymətlərinin əsassız olaraq artırılmasında əli olan şəxsləri saxlayıb”, - deyə məlumatda qeyd olunub.
Verilən məlumata görə, məhkəmənin qərarı ilə Karaqaev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib və o, vəzifəsindən kənarlaşdırılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top