Nazarbayevin iki kürəkəni vəzifədən gedib


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin iki kürəkəninin vəzifəsinə xitam verilib.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Samuk-Kazına” Dövlət Fondu məlumat yayıb.
Belə ki, Nazarbayevin kiçik qızı Aliyə Nazarbayevanın əri Dimaş Dosanov Qazaxıstanın “KazTransOil” dövlət şirkətinin baş direktoru, İdarə Heyətinin sədri vəzifəsini tərk edib.
Fonddan bildirilib ki, həmin tarixdən Kairat Şaripbayevin səhmdarı olduğu “QazaqGaz” Milli Şirkəti ASC-nin (keçmiş adı “KazTransGas”) idarə heyətinin sədri kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Qazaxıstan KİV-də Şaripbayev parlamentin deputatı, Nazarbayevin böyük qızı Dəriğə Nazarbayevanın ikinci əri kimi təqdim olunur.
 

DİGƏR XƏBƏRLƏR

Top