Peyvənd olunanların sayı açıqlandı


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Verilən məlumata görə, bir gündə 27 376 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 739, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 292 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 648 496, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 198 072, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 712 091, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 738 333 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top