
Qarabağı Ermənistanla birləşdirən əsas magistral yol qar fırtınası və zəif görmə səbəbindən bağlanıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə qondarma rejimin İnformasiya Mərkəzi məlumat yayıb.
Belə ki, hazırda Gorus-İrəvan avtomobil yolunun 1-ci km-i bağlanıb. Eyni zamanda, Tərp-Saralanc yolunun Vayots Dzor bölgəsindəki hissəsinin birtərəfli olduğu vurğulanır.
Sürücülərə yalnız qış təkərləri ilə hərəkət etmələri tövsiyə olunur.