NATO Türkiyə və Ermənistana çağırış etdi


“NATO Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında baş tutan Moskva görüşünü alqışlayır”.
Yeniavaz.com xəbər verir kİ, bu sözləri NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina öz rəsmi tvitter hesabında qeyd edib.
“NATO regionda sabitliyin təmin edilməsinə kömək edəcək münasibətlərinin normallaşdırılmasını dəstəkləyir və biz Ankara və İrəvanı daha çox səy göstərməyə çağırırıq”, - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, yanvarın 14-ü Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında ilk görüş keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top