Qazaxıstandakı sülhməramlı əməliyyat bir saata hazırlanıb - Lukaşenko planı kimlərin tərtib etdiyini AÇIQLADI


KTMT-nin Qazaxıstandakı sülhməramlı əməliyyatı Rusiya və Belarus prezidentləri tərəfindən bir saat ərzində hazırlanıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Bütün bu əməliyyatı təfərrüatlarına qədər iki prezident - Rusiya və Belarus prezidentləri bir saat ərzində hazırlayıb. Plan tərtib edildi, Şoyqu və Xreninin rəhbərliyi altında müdafiə nazirlikləri iki prezidentin planını baş qərargahlarda təfərrüatlandırdılar və bir neçə saatdan sonra ilk təyyarələr Qazaxıstana uçdu”, - Belarus lideri hərbi aerodromda sülhməramlılarla danışarkən deyib.
Lukaşenkonun sözlərinə görə, hər şey “tez və qətiyyətlə, tərəddüd etmədən” həyata keçirilib. O, həmçinin qeyd edib ki, KTMT-nin Qazaxıstandakı əməliyyatı Belarus və Rusiya sərhədlərinin perimetrlərində qılıncını itiləyənlər üçün siqnala çevrilib.
 

DİGƏR XƏBƏRLƏR

Top