İtaliyada polislər vəzifələrini yerinə yetirərkən COVID-19 virusu əleyhinə taxmaları üçün göndərilən çəhrayı maskalara sərt reaksiya verib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, polislər çəhrayı maskaların onların polis formalarına uyğun olmadığını və polisin nüfuzuna xələl gətirəcəyini bildirib.
Daha sonra, Polis Birliyinin rəhbəri Stefano Paolini polis qərargahına şikayət məktubu göndərib. O, çəhrayı rəng maska əvəzinə ağ, mavi və ya qara maska göndərilməsini tələb edib.