Türkiyə ordusu 3 şəhidin qisasını alıb, 44 terrorçu zərərsizləşdirilib


“Xain hücumdan sonra müəyyən edilmiş hədəflərə qarşı antiterror əməliyyatlarına başladıq. Aparılan əməliyyatlar nəticəsində son vəziyyətə görə 44 terrorçu qəhrəman mehmetçik tərəfindən zərərsizləşdirilib”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar “Anadolu Ajansı”nın müxbirinin Akçakale sərhəd xəttində törədilən terror aktından sonra başladılan əməliyyatlarla bağlı sualını cavablandırarkən deyib.
“Edilən hər hücumun ikiqat cəza ilə qarşılanacağından və haqq-hesab çəkiləcəyindən heç kimin şübhəsi olmasın” -, deyə Akar bildirib.
Qeyd edək ki, yanvarın 8-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.
 

DİGƏR XƏBƏRLƏR

Top