İki nəfərdən qanunsuz silahlar götürülüb


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, keçirilən tədbirlərlə rayon sakini M.Cavadovdan bir ədəd müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə müvəqqəti olaraq rayon ərazisində Şamaxı rayon sakini S.Ağarəhimovdan bir ədəd müvafiq sənədləri olmayan “İj-18” markalı tüfəng götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top