Ağcabədidə qəza baş verdi, 8 yaşlı uşaq öldü


Ağcabədidə azyaşlının ölümünə səbəb olan avtomobil qəzası baş verib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, 32 yaşlı Vəliyev Etibar Zalış oğlunun idarə etdiyi VAZ-2106 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücünün 8 yaşlı oğlu Vəliyev Zalış həyatını itirib. Faktla bağlı araşdırma başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top