3 günlük körpə mənfi 20 dərəcə şaxtada küçəyə atıldı


Sibirdə mənfi 20 dərəcə şaxtada 3 günlük körpə yumurta qutusuna qoyularaq küçəyə atılıb.
Yeniavaz.com
“Haber Türk”ə istinadla xəbər verir ki, hadisə  Sibirin Novosibirsk yaxınlığındakı Sosnovka kəndində baş verib. Belə ki, 5 gənc gəzintidə olarkən körpəni yolun kənarında tapıb və xəstəxanaya aparıblar. Xəstəxana işçiləri vəziyyətinin yaxşı olduğunu bildirib.
Verilən məlumata görə, körpəni tapan gənclərdən birinin ailəsi onu övladlığa götürmək istədiklərini, lakin ilk növbədə körpənin öz ailəsi ilə əlaqə qurmağa çalışdıqlarını bildiriblər.
Polisin verdiyi açıqlama görə, körpənin  anası ilə bağlı cinayət işi açılıb..
 

DİGƏR XƏBƏRLƏR

Top