Astara sakinindən odlu silah götürüldü


Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini Z.Cəfərovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Silah aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Astara RPŞ-də müvafiq araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top