Qazaxıstanın daha 4 regionunda fövqəladə vəziyyət rejimi ləğv olundu


Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev ölkənin 4 regionunda fövqəladə vəziyyətin ləğvi barədə müvafiq fərman imzalayıb.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir kİ, fərmana əsasən, Qazaxıstanın Çimkənd şəhərində, Şərqi Qazaxıstan, Karaqanda və Türküstan əyalətlərində bu gün saat 18:00-dan etibarən fövqəladə vəziyyət ləğv olunacaq.
Qeyd edək ki, ötən gün Şimali Qazaxıstan, Qərbi Qazaxıstan, Pavlodar əyalətlərində də fövqəladə vəziyyət ləğv edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top