Uşağa şiddətlə gündəmə gələn bağça bütün paylaşımlarını sildi - FOTOLAR


Dünən yayılan İsmayıllı 1 saylı uşaq bağçasındakı şiddət görüntülərindən sonra sosial şəbəkə hesablarındakı paylaşımlar silinib.
Yeniavaz.com
xəbər verir ki, bağçanın sosial şəbəkə hesabında mütəmadi paylaşılan uşaqların yemək yeməsi ilə bağlı görüntülər də müzakirələrə səbəb olub. Belə ki, həmin görüntülərin də uşaqlara şiddət tətbiq edilərək çəkildiyi iddia edilib. Daha sonra isə bağçanın sosial şəbəkə hesabından bütün paylaşımlar silinib.
Qeyd edək ki, şiddət görüntülərinin yayılmasından sonra uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.




 

DİGƏR XƏBƏRLƏR

Top