DİN-in üzr videoları qanunidirmi? - AÇIQLAMA


Son zamanlar Daxili İşlər Nazirliyinin (DİN) üzr videoları yerli mətbuatda və sosial şəbəkələrdə bir xeyli gündəmə çevrilib. Belə ki, DİN əməkdaşları hər hansı inzibati xəta törətmiş şəxsin polis bölməsində etdiyi əmələ görə üzr uistədiyi videoonu çəkib ictimaiyyətə yayır. Bir qrup insan bu hərəkəti alqışlasa da, insanların digər bir qrupu isə bunun qanunsuz olduğunu bildirir. Onlar iddia edirlər ki, heç kimin etdiyi hərəkətə görə məcbur videosu çəkilib yayıla bilməz.
Məsələ ilə bağlı ictimai vəkil Samir Zeynalov Yeniavaz.com-a açıqlama verib. Samir Zeynalov deyir ki, qanunvericilikdə bununla bağlı hər hansı müddəa yoxdur:
“Vətəndaşın özünün könüllü razılığı olmasa, heç kim buna məcbur edilə bilməz”.
Vəkil deyir ki, bu yalnız mülki qayadada həll oluna biləcək bir məsələdir:
“Tutaq ki, hər hansı vətəndaş, istər ixtiyari qaydada, istərsə də fərdi qaydada kimisə təhqir edirsə, onun üzərinə üzr istəmək öhdəliyi yalnız məhkəmə tərəfindən qoyula bilər.
DİN-in bu kimi addımları onların səlahiyyətində olmasa da, bunu cəmiyyətdə müəyyən bir gərginliyin aradan qaldırılmasına doğru yönəlmiş bir addım kimi qəbul edirəm. Bunlar məlum üzr videolarında xoşagəlməz situasiya kimlərə qarşı yönəlibsə, az da olsa, onlarda yaranan gərginliyi yatırmağa yönəlmiş bir addımlardır”.
Samir Zeynalov qeyd edib ki, vətəndaşın özünün razılığı olmadan heç kim onu məcbur edə bilməz ki, elədiyi əmələ görə üzr istəsin.
 

DİGƏR XƏBƏRLƏR

Top