Ölkədə koronavirus əleyhinə vurulan vaksinlərin SAYI


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 613 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 702, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 939, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 972 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 621 120, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 195 727, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 709 352, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 716 041 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top