Ermənistan XİN Serdar Kılıçla görüş barədə məlumat yaydı


Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyanla Serdar Kılıç arasında görüş müsbət və konstruktiv atmosferdə keçib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin Moskvada ilk görüşü barədə məlumatında deyilir.
“Xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında dialoq yolu ilə normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar. Tərəflər tam normallaşma üçün ilkin şərt olmadan danışıqları davam etdirmək barədə razılığa gəliblər” - deyə məlumatda bildirilib.
Qeyd edilir ki, növbəti danışıqların tarixi və yeri diplomatik kanallar vasitəsilə müəyyənləşəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top