Bülent Ersoya görə 2 hərbçi vəzifəsindən azad edildi - FOTO


Türkiyənin məşhur müğənnisi Bülent Ersoyun Anıtkabir ziyarəti zamanı ona çətir tutan zabit, həmçinin taqım komandanı vəzifələrindən azad olunublar.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məsələ ilə bağlı açıqlama verən Bülent Ersoy bildirib ki, o hərbçidən çətir tutmağını istəməyib:
“Kimsə mənə çətir versin, araba versin demədim. Arabanı onsuz da özüm gətirmişdim. Hərbçidən belə bir tələbim də olmadı. Çünki başımda papağım var idi. Mən istəməsəm, görməsəm də çətir tutublar. Onları qovmaq düzgündürmü? Mənim bu işlə əlaqəm yoxdur.  Nə olacaq, nə var bunda?”.

DİGƏR XƏBƏRLƏR

Top