Pensiya artımları nə vaxt ödəniləcək? - AÇIQLAMA


“Statistika komitəsi yanvar ayında orta aylıq nominal əmək haqqının məbləğini təqdim edir. İstehlak qiymətlərinin indeksləşdirilməsi müəyyən olunur”.
Yeniavaz.com
xəbər verir ki, bunu  DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib.
S. Alıyev pensiya artımlarının bu prosesdən sonra ödənəcəyini bildirib:
“Artım həmişə fevral ayında ödənilir. Yanvar-ferval aylarının artımı fevralda ödənilir, tam məbləğ artıq mart ayından ödənilməyə başlayır”.
Sədr müavini bildirib ki, yanvarda artımla yalnız minimal pensiyalar ödənilir:
“Yəni 200 manat pensiya artırılaraq 240 manata çatdırılıb və həmin şəxslərə artımla ödəniş edilib”.
O, həmçinin sosial müavinətlərin artımı barəsində də danışıb:
“Artan müavinətlər artıq bu ay veriləcək. 20-25 yanvar aralığında artımla ala biləcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top