Şabranda meşədə 42 yaşlı qadın meyiti tapılıb


Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən magistral yoldan təxminən 150 metr içəridə meşə massivində tapılıb. Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top