Güclü külək Mingəçevirdə iri ağacları aşırdı


Mingəçevirdə axşam saatlarından əsən güclü külək şəhərin Heydər Əliyev prospektində və Təbriz küçəsi də daxil olmaqla bir çox küçələrində iri  gövdəli ağacları və budaqlarını aşırıb.
Yeniavaz.com
xəbər verir ki, hazırda Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik idarəsinin işçi qüvvəsi küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görür.
İdarənin rəisi Əli Ağamirov bildirib ki, təhlükəli ağaclar şəhərdə çoxluq təşkil edir: “Şəhidlər Xiyabanında iri gövdəli ağac var və o hər an aşıb qəbiri dağıda bilər. Bununla bağlı şəhidin anası bizə müraciət də edib. Hal-hazırda işçi qüvvəmiz bu ərazilərdə işlər aparır”.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top