KTMT qüvvələrinin bir qismi Qazaxıstanı tərk etdi


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan, Tacikistan və Qırğızıstandan ibarət sülhməramlılarının bölmələri Qazaxıstanın Almatı şəhərini tərk edərək daimi dislokasiya yerlərinə doğru yola düşüb.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, Ermənistan və Tacikistandan olan KTMT sülhməramlıları Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının dörd təyyarəsi ilə Qazaxıstanı tərk ediblər.
Qırğızıstan sülhməramlıları isə mühafizə etdikləri Almatı İES-2-nin ərazisindən öz konvoyunda dövlətlərinin sərhədinə doğru yola düşüblər. Onlar Qırğızıstan ərazisinə qədər təxminən 250 km qət etməlidirlər.
Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci il yanvarın 6-da qəbul edilmiş qərarına uyğun olaraq, vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün Təşkilatın Kollektiv Sülhməramlı Qüvvələri məhdud müddətə Qazaxıstana göndərilib. Qrupa Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan silahlı qüvvələrinin bölmələri daxil idi.

DİGƏR XƏBƏRLƏR

Top