DİN-dən Tolikin MAXE-ləri təhqir etməsi ilə bağlı açıqlama: "Özü tədbir görüb..."


Daxili İşlər Nazirliyi (DİN) prodüser Tarix Əliyev (Tolik) canlı yayımda səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a açıqlama verib.
E. Hacıyev bildirib ki, Tarix Əliyev özü özü ilə bağlı tədbir görüb:
“Sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib”.
Xatırladaq ki, prodüser ötən gün sosial şəbəkə hesabında canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (MAXE) ilə bağlı xoşagəlməz fikirlər səsləndirib. Daha sonra isə aparıcısı olduğu verilişdə məsələyə aydınlıq gətirib.

DİGƏR XƏBƏRLƏR

Top