Döyülən uşağın ailəsi tərbiyəçidən şikayətçi olmadı - SƏBƏB


İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə bağlı uşağın valideynləri tərbiyəçidən şikayətçi olmayıblar.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Şəki Regional Qrupundan məlumat verilib.
Bildirilir ki, onlar arasında qohumluq əlaqələri olduğundan tərbiyəçidən şikayətçi olmayıblar.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə bağça tərbiyəçisinin az yaşlı uşağı başından vurması ilə bağlı videogörüntü yayılıb. Məsələyə Daxili İşlər Nazirliyi və Təhsil Nazirliyindən münasibət bildirib və artıq hadisənin araşdırıldığı qeyd olunub.
Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə isə uşağı vuran tərbiyəçinin onun valideynləri ilə qohum olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top