Türkiyə-Ermənistan təmsilçilərinin ilk görüşü başlayır


Bu gün Moskvada Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ikitərəfli münasibətlərin normallaşdırılması üzrə ilk görüşü başlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Görüşdə Türkiyə təmsilçisi kimi Serdar Kılıç, Ermənistan tərəfdən isə Ruben Rubinyan iştirak edəcək.
Xatırladaq ki, ötən il dekabrın 13-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İrəvan və Ankara qarşılıqlı əsaslarla danışıqlar üçün nümayəndələr təyin edəcəklər. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan təsdiqləyib ki, İrəvan bu qərarı alqışlayır və dialoq aparmaq üçün öz xüsusi nümayəndəsini təyin edəcək.

DİGƏR XƏBƏRLƏR

Top