Özbək diplomat UAR-ın qonağı olub - FOTO


Ukrayna Azərbaycanlıları Radasının baş katibi Ceyhun Məmmədov Özbəkistan Respublikasının Ukraynadakı səfirliyinin birinci katibi Abdurahmon Mahmudovla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, baş katib UAR-ın fəaliyyəti barədə özbəkistanlı diplomata geniş məlumat verib və türkdilli diasporlar arasında əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıb.
C.Məmmədov həmçinin bildirib ki, UAR-ın bütün fəaliyyətinin əsas xəttini fikirdə, sözdə və işdə birlik ideyası təşkil edir.  
Bundan əlavə, 2500 illik Xiva şəhərinin xatirə tablosunu UAR-a hədiyə edən A. Mahmudov Özbəkistan və Azərbaycan xalqının möhtəşəm tarixi keçmişindən danışıb. Diplomat vurğulayıb ki, illərlə formalaşan tarixi mədəniyyətimizi sevmək, qorumaq, layiqli təmsil və təbliğ etmək diasporun əsas vəzifələri arasında olmalıdır.
Daha sonra, Azərbaycan xalqının bütün Türk dünyasını sevindirən möhtəşəm qələbəsindən danışan UAR baş katibi C.Məmmədov özbək diplomatı erməni vandalizmini əks etdirən fotosərgi ilə tanış edib.

 

DİGƏR XƏBƏRLƏR

Top