Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar öz tvitter hesabında pilotsuz uçuş aparatlarının (PUA) ilk sınaq uçuşları ilə bağlı videogörüntü paylaşıb.
Yeniavaz.com xəbər verir ki, 2006-cı ildə lentə alınan görüntülərdə S.Bayraktarın atası Özdemir Bayraktar da yer alıb.
“Rəhmətlik atam, əmim, qardaşım, mən və yol yoldaşlarımız... İlk gündən qarda, qışda, tufanda, şaxtada uşaq kimi əyləndik... Ruhun şad olsun, əziz Atamız...”, - deyə paylaşımda qeyd edib.
Həmin görüntüləri təqdim edirik:
Rahmetli Babam, amcam, abim @Haluk, ben ve yol arkadaşlarımız...
— Selçuk Bayraktar (@Selcuk) January 12, 2022
İlk günden beri kar, kış, fırtına ve ayazda çocuklar gibi şendik...
Ruhun şad olsun sevgili Babamız... #SeyirDefteri#MilliTeknolojiHamlesi ✈️🌍🇹🇷 https://t.co/5FbonryAJm