Almatı hava limanı fəaliyyətini bərpa etdi


Bu gün Qazaxıstanda Almatı Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib.
Yeniavaz.com
“Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi xəbər yayıb. Verilən məlumata görə, hava limanına ilk beynəlxalq reys Antalyadan həyata keçirilib.
Qeyd edək ki, Almatı hava limanının fəaliyyəti Qazaxıstanda baş verən iğtişaşlar səbəbilə müvəqqəti olaraq dayandırılmışdı.
 
 

DİGƏR XƏBƏRLƏR

Top