Baltaladığı anası xəstəxanada öldü, özü axtarılır - YENİLƏNİB


Xaçmazda oğlu tərəfindən baltalanan qadın xəstəxanada ölüb.
Bu barədə Yeniavaz.com-a rayon prokurorulundan məlumat verilib.
Bildirilib ki, yanvarın 13-ü saat 19 radələrində Xaçmaz rayonu Əzizli kənd sakini 1956-cı il təvəllüdlü Səmən Sultanovaya yaşadığı evdə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin oğlu, 1979-cu il təvəllüdlü Ramiz Sultanovun birgə yaşadıqları evdə balta ilə Səmən Sultanovanın baş və sifət nahiyələrinə çoxsaylı xəsarətlər yetirməsinə və daha sonra isə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda Ramiz Sultanovun yerinin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi, həmçinin cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***13 yanvar, 19:14

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əzizli kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub. 

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top