Tolikin MAXE-lərlə bağlı dediyi söz sərt tənqid edildi - VİDEO


Məsələ ilə bağlı prodüser “Facebook” sosial şəbəkə hesabında açıqlamasını paylaşıb.

Yeniavaz.com xəbər verir ki, Tolik öz verilişində səsləndirdiyi fikirləri belə əsaslandırıb:

“Əslində bu haqda açıqlama vermək də istəmirdim, amma görürəm ki, bəzi səhifə işlədənlər və o videonu görənlər bildi-bilmədi fikir bildirirlər. Nəinki, mən heç bir vətəndaş zəfərlə nəticələnən 44 günlük müharibəmizdən sonra heç bir əsgər, zabit və maxemizə pis fikir bildirməyə haqqı belə çatmaz.

“TikTok” sosial şəbəkəsində öz hərbçi dostuna məni, ailəmi və rəhmətlik atamı söydürən MAXE Rəhmanla canlı yayımda söhbətim də olub. Dəfələrlə ona verdiyim suala cavab da tapa bilmədi, hər dəfə məni niyə söydüyünü soruşdum, amma yenə də susdu, yayılmış videoya diqqətlə baxsanız, görünür ki, o maxe deyə müraciət edirəm və fikirlərimi əsəbi olsam da yalnız ona bildirmişəm.

İndi isə sizə sualım var: Hansısa maxenin, ya da başqa peşə sahibinin sizin ailə üzvlərinizə və ya rəhmətliklərinizə söyməyə haqqı var?”

DİGƏR XƏBƏRLƏR

Top