Azərbaycanda bəzi qurumlarda xidməti avtomobillərin sayı artırıldı


Baş nazir Əli Əsədov “Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edib.

Yeniavaz.com xəbər verir ki, dəyişikliyə əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin “cəmi” sütununda “3” rəqəmi “8” rəqəmi ilə əvəz edilib.

Bundan əlavə, “ərazi və yerli bölmələr üzrə” sütununa “5” rəqəmi əlavə edilib.

DİGƏR XƏBƏRLƏR

Top