AZAL İstanbula uçuş biletləri ilə bağlı yayılan xəbərlərə açıqlama verdi - FOTOLAR + YENİLƏNİB


Sosial şəbəkələrdə Bakı və Yerevandan İstanbula yerinə yetirilən reyslərə aviabiletlər arasında böyük fərqin olduğu haqqında məlumatlar yayılır. Xüsusilə, 2 fevral tarixinə olan qiymətlərə istinad edilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə AZAL açıqlama yayıb. 

Bildirilib ki, aviaşirkətlərdə sərt tariflər yoxdur – aviabiletlərin qiymətləri aviaşirkətlər tərəfindən daimi təsbit edilmir. Bu qiymətlər tələbat və təklifdən, təyyarədə yerlərin dolmasından, alış tarixindən, bayram və məzuniyyət dövründə tələbatın artması ilə əlaqədar mövsümi dəyişikliklərdən asılı olaraq müəyyən edilir.

Dünya təcrübəsinə əsasən, aviabileti mümkün minimal qiymətə əldə etmək üçün sərnişin onu qabaqcadan almalıdır, belə ki, hər reysdə aviabiletlərin sayı çox məhduddur.

Bu səbəbdən, əgər aviaşirkət biletləri yeni satışa çıxarırsa, təbii ki, bu biletlərin qiyməti həmin istiqamətdə biletləri çoxdan satan aviaşirkətlərin qiymətindən aşağı olacaq.

Bundan başqa, Azərbaycanın aşağıbüdcəli aviadaşıyıcısı olan “Buta Airways” aviaşirkətinin bütün istiqamətlərdə minimal tarifi, koronavirus pandemiyasına qədər olduğu kimi, 29 avroya azaldılacaq. Bu günlərdə bu barədə rəsmi məlumat veriləcəkdir.


***17:25

“Pegasus Airlines” havayolları şirkəti fevralın 2-dən İstanbul­-İrəvan reyslərinə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Məlumatlara əsasən, fevral 2-dəki İstanbul­-İrəvan reysi təxminən 65 dollara (110 AZN) başa gələcək.
Müqayisə üçün qeyd edək ki, fevralın 3-nə olan İstanbul-Bakı reysi üçün qiymətlər 115 dollardan (195 AZN) başlayır.



 

DİGƏR XƏBƏRLƏR

Top