Rusiyalı reper azərbaycanlılardan üzr istədi – VİDEO


Ötən il azərbaycanlıları təhqir edən rusiyalı reper Aleksandr Timartsev (Restorator) üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə öz instaqram hesabının hekayə bölməsində paylaşım edib.
“Azərbaycanın bütün sakinləri qarşısında üzr istəyirəm. Yalnız sevgi və hörmət. Mən çox içkili idim və nə dediyimi xatırlamıram. Azərbaycan xalqını çox sevirəm, məni bu addımıma görə bağışlayın. Ümumiyyətlə bilmirəm ki, bunu niyə demişəm. Bir daha üzr istəyirəm”, - deyə paylaşımda qeyd edib.
Qeyd edək ki, A. Timartsev ötən il azərbaycanlıları diz çökməyə və Qarabağı Ermənistana verməyə çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top