Prezident Ukraynaya gedəcək


Azərbaycan prezidenti İlham Əliyev Kiyevə səfər edəcək və burada onun Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü nəzərdə tutulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Brüsselə səfəri zamanı Zelenski Əliyevlə görüşüb və onu Ukraynaya səfərə dəvət edib.
Qeyd olunur ki, Ukrayna və Azərbaycan liderlərinin görüşü 14 yanvarda keçiriləcək.
Mətbuat xidmətinin məlumatına görə, saat 13:15-də prezidentlər mətbuata bəyanatlarla çıxış edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top