Azərbaycanlı İstanbulda lüks avtomobillə ağır qəza törətdi – VİDEO


Türkiyənin İstanbul şəhərində azərbaycanlı Rəfail Əliyevin iştirakı ilə ağır yol qəzası baş verib.
Yeniavaz.com
“Hürriyyet”ə istinadən xəbər verir ki, onun idarə etdiyi “99 MB 888” Azərbaycan dövlət nömrə nişanlı lüks avtomobili Oktay Arayın idarə etdiyi "34 TAB 06" nömrə nişanlı taksiyə çırpılıb.
Qəzada çırpılmanın şiddətindən taksidən kənara atılan sürücü taksisinin altında qalıb. Hadisə yerinə xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib.
Avtomobilin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı insanların köməyi ilə oradan çıxarılıb, xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.


DİGƏR XƏBƏRLƏR

Top