Qız uşaqlarının itkin düşməsi halları artıb? - DİN-dən AÇIQLAMA


Qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə rəisi Elşad Hacıyev məlumat verib.
E. Hacıyev bildirib ki, xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə halları çoxluq təşkil edir:
“Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır.
Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə  yoxlanılır, heç bir iddia kənarda qalmır.
Xüsusən valideynlər diqqətli olmalıdır. “Övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...” -, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır”.

DİGƏR XƏBƏRLƏR

Top