Qarabağda daha bir erməni hərbçisinin qalıqları tapılıb.
Yeniavaz.com "sputnik ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Suqovuşanda tapılan 44 günlük müharibə iştirakçısının qalıqlarını Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə təhvil verib.
Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.