KTMT qüvvələri Qazaxıstandan çıxır – VİDEO


Qazaxıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri qorunan obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.
Yeniavaz.com
“Sputnik Qazaxıstan”a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT sülhməramlı qüvvələrinin bu gün ölkədən çıxması ilə bağlı məlumat vermişdi. Bundan əlavə, o, bu prosesin 10 gündən çox çəkməyəcəyini demişdi.

DİGƏR XƏBƏRLƏR

Top