İsmayıllıda ev yandı, 79 yaşlı ev sakini öldü


İsmayıllı rayonunda 79 yaşlı qadın yanğında ölüb.
Yeniavaz.com 
xəbər verir ki, hadisə gecə saat 12 radələrində baş verib. Rayonun Quşencə kəndində Savetxan Muradalıyevə məxsus 2 mərtəbəli ev yanıb. Həmin evdə yaşayan arvadı, 1943-cü il təvəllüdlü Ruhəngiz Muradalıyeva yanaraq ölüb. S.Muradalıyevin isə bədəninin müəyyən hissəsi yanıb. Ev əşyaları ilə birgə tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top