"Taliban" bütün ölkə ərazisində maaşları buğda ilə ödəyəcək


İqtisadi böhranla mübarizə aparan Əfqanıstanda “Taliban” hökuməti “buğda ilə maaş ödəmək” proqramının bütün ölkədə tətbiq ediləcəyini açıqlayıb.
Yeniavaz.com
“İndyturk.com”a istinadən xəbər verir ki, Əfqanıstanın idarəetmə və maliyyə nazirinin müavini Fazil Bari Fazlı buna maliyyə çətinliklərinin səbəb olduğunu deyib. O, həmçinin bildirib ki, hökumət bacardığı qədər xalqına kömək edəcək.
Verilən məlumata görə, buğdan Pakistan və Hindistandan gətirilir.
Qeyd edək ki, maaşların buğda ilə ödənməsi ilk dəfə oktyabr ayında tətbiq edilmişdi. Belə ki, Kabildə işləyənlərin hər birinə gündəlik 10 kilo, mühəndislərə isə 16,5 kilo buğda verilirdi.


 

DİGƏR XƏBƏRLƏR

Top