ABŞ müşavirləri Ukrayna MN-da işə başladı


ABŞ-dan iki müşavir daimi əsaslarla Ukrayna Müdafiə Nazirliyində işləməyə başlayıb.
Yeniavaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Siyasəti İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“2022-ci il yanvarın 11-də ABŞ müşavirləri Kris Rizzo və Todd Braun Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Siyasəti İdarəsində daimi əsasda işləməyə başlayıblar” -, deyə məlumatda bildirilir.
Nazirlikdən verilən məlumata görə, müşavirlərin əsas vəzifələrinə müdafiə siyasəti məsələləri, eləcə də Avroatlantik inteqrasiya ilə bağlı müdafiə islahatları tədbirlərinin həyata keçirilməsində konsultativ-məsləhətçi yardım göstərmək daxildir.

 

DİGƏR XƏBƏRLƏR

Top