Qazaxıstanın hüquq-mühafizə orqanları Almatıda terror aktları, talançı hücumları və digər cinayətlərin 1600-dən çox iştirakçısını saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Almatı komendantlığından məlumat verilib.
“Ümumilikdə qanunsuz əməllərin, talanların və digər cinayətlərin 1678 iştirakçısı saxlanılıb. 36 ədəd odlu silah və 1476 ədəd döyüş sursatı götürülüb” -, deyə məlumatda bildirilir.
Komendantlığın məlumatına görə, şəhərin Alatau və Medeu rayonlarının hissələri quldur dəstələrindən təmizlənib.
Qeyd edək ki, Qazaxıstanın Daxili İşlər Nazirliyinin yanvarın 11-i yaydığı məlumata görə isə, ölkədə iğtişaşlar zamanı ümumilikdə 9900 nəfər saxlanılıb.