İTV-nin çəkiliş qrupu Zəngəzur yaxınlığında düşmənlə üz-üzə - VİDEO


İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşları Qərbi Azərbaycanın Zəngəzur mahalının Xanazax və Xəzinəvar kəndlərinin ətrafında yerləşən erməni mövqeləri yaxınlığında çəkiliş aparıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Ictimai TV” videogörüntülər yayımlayıb.
Görüntülərdən bəlli olur ki, erməninin dayaq məntəqəsi iki tərəfdən Azərbaycan SQ-nin həm viziual, həm atəş nəzarətindədir.
Videoda düşmən mövqelərinin Azərbaycan mövqelərindən aşağıda yerləşməsi də qeyd edilir. Hazırda taktiki və strateji üstünlük Azərbaycan ordusu tərəfindədir.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top