Avtomobilinizə qış təkərləri alarkən diqqətli olun - Video

Son dövrlər təkər bazarında alıcı aktivliyi müşahidə olunur. Sürücülər qarlı-buzlu yollarda maşını təhlükəsiz idarə etmək üçün avtomobillərinə qış təkərləri taxdırırlar. Bəzən sürücülər qış təkərləri alarkən aldadılır. Bəs görəsən qışa davamlı təkər seçərkən nələrə diqqət etmək lazımdır?

Həmçinin qış təkərlərinin istehsal tarixinin yeni olması da önəmlidir. Əvvəlki illərin istehsalı olan təkərlər sizi əlavə xərcə sala bilər. Emin Salmanov deyir ki, rayonda və xüsusən dağlıq ərazilərdə yaşayanlar qış təkərləri seçərkən onların naxışlarının hündür olmasına diqqət etməlidirlər. Təkərlərin qiymətinə gəlincə isə, satıcılar deyirlər ki, ötən illə müqayisədə bu il qış təkərlərində 25-30 faizə yaxın bahalaşma var.

Təkər

DİGƏR XƏBƏRLƏR

Top