
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 10 m² sahədə yanıb.
Bu barədə Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.
Yanğın zamanı 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım briqadasına təhvil verilib.
Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz