Daha bir həkim koronavirusdan vəfat etdi - FOTO


Goranboy Mərkəzi 
Rayon Xəstəxanasının həkimi Əliyeva İradə Cahangir qızı koronavirusdan vəfat edib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə mərhumun işlədiyi tibb müəssisəsi məlumat yayıb. 

Bildirilib ki, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb. Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib. 

İ. Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb. 

DİGƏR XƏBƏRLƏR

Top