Lev Tolstoyun nəticəsi ABŞ-da vəfat etdi - FOTO


Məşhur rus yazıçısı Lev Tolstoyun nəticəsi Sergey Tolstoy 99 yaşında ABŞ-ın Merilend ştatında dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Washington Post”da dərc olunub.
Verilən məlumata görə, S.Tolstoyun ürəyində xəstəlik, udma pozğunluqları, eləcə də eşitmə və görmə problemləri olub. Bundan əlavə, onun insult keçirmək təhlükəsi də var idi.
Qeyd edək ki, Sergey Tolstoy Lev Tolstoyun nəvəsi Vera Tolstoyun yeganə oğlu idi.

DİGƏR XƏBƏRLƏR

Top